Sual:
KARGOMAT-dan istifadə ödənişlidir?
Cavab:
KARGOMAT xidmətindən istifadə üçün sifariş verdiyiniz kargo şirkətlərinin və ya internet dükanlarının səhifələrindən məlumat əldə edə bilərsiniz.
Sual:
KARGOMAT-dan necə istifadə edə bilərəm?
Cavab:
Sifariş edilən bağlamanın çatdırılma məntəqəsi olaraq sizə ən yaxın ünvanda yerləşən KARGOMAT-ı seçirsiniz.
Sual:
Sifariş KARGOMAT-a hansı zaman ərzində çatdırılacaq?
Cavab:
“Anbar” statusu alan bağlamalarınız 24 saat ərzində KARGOMAT qutularına yerləşdiriləcək.
Sual:
Bağlamanı KARGOMAT-dan necə götürmək olar?
Cavab:
Sifarişiniz KARGOMAT-a yerləşdirildikdən sonra sizə SMS vasitəsi ilə unikal kod göndərilir. 24 saat ərzində KARGOMAT-a yaxınlaşıb bağlamanızı götürə bilərsiniz.
Sual:
Bağlamamı KARGOMAT-dan 24 saat ərzində götürə bilməsəm nə edim?
Cavab:
KARGOMAT-da 24 saatdan artıq qalan bağlamalar kargo şirkətlərin və internet dükanların anbarlarına geri qaytarılır. Bağlamanız üçün yenidən KARGOMAT xidməti sifariş verə və ya anbardan təhvil ala bilərsiniz.
Sual:
Başqa şəxs sifarişi mənim əvəzimə ala bilərmi?
Cavab:
SMS vasitəsi ilə nömrənizə göndərilən unikal kodu təqdim etdiyiniz hər bir şəxs bağlamanızı KARGOMAT-dan əldə edə bilər.
"Qeyd edək ki, fərdi kodun başqa şəxsə ötürülməsi halında bütün məsuliyyət sizin üzərinizə düşür."
Sual:
Əgər unikal kodu silmişəmsə və ya itirmişəmsə nə etməliyəm?
Cavab:
Yeni kodun göndərilməsi üçün texniki dəstək mərkəzimizə zəng etməyiniz zəruridir. Mərkəzin nömrəsi: +99410 724 0 724
Sual:
KARGOMAT-da bağlama mənə aid deyilsə nə etməliyəm?
Cavab:
Əgər qutunun içindəki bağlamanın sizə aid olmadığını düşünürsünüzsə, birbaşa sifariş verdiyiniz şirkətin müştəri xidmətləri ilə əlaqə saxlayın.
Sual:
Qutu açılmırsa nə etməliyəm?
Cavab:
Kargomat açılmadığı halda, problemin həlli üçün texniki dəstək mərkəzinin əməkdaşı ilə əlaqə saxlamağınız zəruridir. Telefon nömrəsi KARGOMAT-ın üzərində qeyd olunub.
Sual:
KARGOMAT-da bağlamalar siğortalanırmı?
Cavab:
Dəyəri 500 AZN - ə qədər olan bağlamalar xidməti göstərən şirkət tərəfindən siğortalanır.
"SMARTPOST" MMC
Hüquqi ünvan: Bakı ş., Yasamal rayonu, Şərifzadə küç., 177A
VÖEN: 1307192031

Məxfilik siyasəti